26 
Apr
2023
15:14
278

 Polşanın xarici işlər naziri Gürcüstana işgüzar səfərə gələcək

 Polşanın xarici işlər naziri Zbiqnev Rau aprelin 26-28-də Gürcüstana işgüzar səfərə gələcək.

InterPress.ge xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Zbiqniev Rau Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşəcək.

Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas məsələsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesində irəliləyiş və problemlər, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü fonunda regionda təhlükəsizlik məsələləri olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər