
Gürcüstanda koronavirusa son yoluxmalarla bağlı açıqlama verildi
"Koronavirusa yoluxan 4 yeni xəstədən 1-i yük avtomobili sürücüsüdür, 3-ü isə karantin məkanındandır. Hər 4 yoluxma daxil edilmədir".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.
Onun sözlərinə görə, onların xəstəxanasında ümumilikdə 19 nəfər müalicə alır, 2 nəfər sağlamlığına qovuşub və xəstəxananı tərk edib.
Marina Ezuqbaianın bildirdiyinə görə, koronavirusun 1010 halı arasında xarici ölkədə koronavirusa yoluxan və hal-hazırda Gürcüstanda olan hərbçilərin sayı hesaba alınmır.
O, eləcə də Telavi bələdiyyəsinin Qaracalar kəndində koronavirus diaqnozu ilə xəstəxanaya müalicə üçün anası ilə bərabər yerləşdirilmiş 10 aylıq körpənin sağlamlıq durumunun stabil olduğunu və müalicə kursu götürdüyünü vurğuladı.
"Bilirsiniz ki, o, uşaq yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və orada müalicə alır. Onun sağlamlıq durumu stabildir, proqress müşahidə edilmir, vəziyyəti stabildir", - deyə Marina Ezuqbaia bildirib.