Gürcüstanın müdafiə naziri Azərbaycan prezidenti ilə görüşüb
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan Respublikasında rəsmi səfərdədir.
InterPress.ge xəbər verir ki, Cuanşer Burçuladze səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.
Görüşdə regionun təhlükəsizliyi və müdafiəsi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
İki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən əməkdaşlığın artan dinamikası vurğulanıb. Tərəflər həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda cari və planlaşdırılan əməkdaşlıq tədbirləri barədə danışıblar.
Rəsmi səfər çərçivəsində müdafiə naziri azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla görüşüb. Tərəflər Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlığa dair yenilənmiş saziş imzalayıblar.


