24 
Apr
2023
18:27
367

İrakli Kobaxidze: "Milli Hərəkatda qarşıdurma nə qədər uzun davam edərsə..."

“Milli Hərəkat”da baş verəcək proseslər çox yaxşıdır və qarşıdurma nə qədər uzun davam etsə, bir o qədər yaxşıdır.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, nə qədər ki, “Milli Hərəkat” ikinci siyasi partiyadır, siyasi sistem düzgün istiqamətdə inkişaf edə bilməz.

“Bu, partiyadaxili qarşıdurmadır və yaxşı olardı ki, bu qarşıdurma ən azı 2024-cü ilin sonuna qədər davam etsin ki, bütün bunlar Milli Hərəkatın seçki nəticələrinə mümkün qədər öz əksini tapsın. Təbii ki, siyasi sistemimizdə bu siyasi qüvvənin zərərsizləşdirilməsi demokratik sistemin sağlam inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir. Nə qədər ki, “Milli Hərəkat” siyasi sistemimizdə ikinci siyasi partiyadır, ona qədər sistem düzgün istiqamətdə inkişaf edə bilməz. Ona görə də bir daha deyirəm ki, “Milli Hərəkat”da baş verəcək proseslər çox yaxşıdır və bu qarşıdurma nə qədər uzun davam etsə, bir o qədər yaxşıdır”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər