Tariel Nakaidze Ramazan, Qurban və Novruz Bayramı günlərinin Gürcüstanda istirahət günü olması ilə bağlı Parlamentə müraciət edəcəyini açıqlayıb
Müstəqil deputat Tariel Nakaidze Ramazan və Qurban Bayramı, həmçinin Novruz Bayramı günlərinin Gürcüstanda istirahət günü olması ilə bağlı Parlamentə müraciət edəcəyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, o, dünən Marneulidə Ramazan Bayramına həsr edilən tədbirdə bununla bağlı açıqlama verib.
Onun sözərinə görə, bu qanunun qəbul edilməsi Gürcüstan üçün çox vacib olacaq.
“Bütün dünya və Gürcüstan müsəlmanlarını Ramazan Bayramı münasibətilə təbrik edirəm. Dünyamıza və ölkəmizə sülh arzulayıram. Fərqli millətlər, dinlər, irqlərdən olan insanların birləşməsi ilə Gürcüstanın daha da güclənməsi və bunun üçün lazım olan bütün siyasi yolları izləməliyik. Gürüstanda Ramazan və Qurban bayramının, həmçinin milli bayram Novruz Bayramının istirahət günü olması şərtdir. Gürcüstan hökuməti bu mövzuda ciddi bir addım atmalıdır. Mən payız sessiyasında bu qanunverilicik təşəbbüsünü parlamentə təqdim edəcəm. Ümid edirəm ki, bu təşəbbüs qəbul ediləcək və Gürcüstan qanunu çərçivəsində azlıqlara məxsus bayram tətil günü olacaq və bu, Gürcüstan tarixində mühüm əhəmiyyətli bir qərar olacaq”, - deyə o söyləyib.


