"Ölkənin maraqları naminə Bidzina İvanişvili öz ailəsini riskə atdı" - Kaladze
“2012-ci il aprelin 21-də Gürcüstan siyasətində və ölkəmizin inkişafında böyük rol oynayan partiya rəsmi olaraq təsis edilib. 11 il əvvəl “Gürcü Arzusu” yarananda çoxları təsəvvür edə bilməzdi ki, siyasi təqiblər, zorakılıqlar, mediaya təzyiqlər, mülkiyyətə qəsdlər, ifadə azadlığının məhdudlaşdırılması, məhbuslara qarşı qeyri-insani işgəncələr keçmişdə qalacaq".
InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə “Gürcü Arzusu”nun yaranmasının 11-ci ildönümünə dair bəyanat paylaşıb.
"Bu gün Gürcüstan demokratik, iqtisadi cəhətdən sabit ölkə kimi inkişaf edir. Bu, ilk növbədə, Gürcüstan xalqının xidmətidir və ölkə naminə ailəsini riskə atmış, anti-dövlət rejiminə son qoymaq üçün cəmiyyəti birləşdirən Bidzina İvanişvilinin böyük səyləridir.
“Gürcü arzusu”nun prinsipləri dəyişməzdir - ləyaqət, azadlıq, ədalət, sülh, inkişaf, zəngin mədəniyyətimizin və adət-ənənələrimizin qorunması. Biz məhz bu dəyərlərə can atırıq və Avropaya inteqrasiya yolunda mühüm addımlar atırıq.
Bu gün ölkəsinə vicdanla xidmət edən, partiyamızın prinsiplərinə sadiq olan “Gürcü Arzusu”nun hər bir üzvünü təbrik edirəm”, - deyə o yazıb.


