19 
Apr
2023
23:53
399

Marneuli Bələdiyyəsi ilə USAİD arasında anlaşma memorandumu imzalanıb

Yerli özünüidarə proqramı çərçivəsində Marneuli bələdiyyəsinin meriyası, Sakrebulo və USAİD arasında anlaşma memorandumu imzalanıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.

Onların verdiyi məlumata görə, memorandumun imzalanması mərasimində Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Marneuli Bələdiyyəsinin Şəhər Şurasının sədri Amiran Qiorqadze və USAİD-in Yerli Özünüidarəetmə Proqramının rəhbəri Kevin Maklaflin iştirak ediblər.

Marneuli bələdiyyəsinin meri Kənan Ömərovun sözlərinə görə, USAID-in yerli özünüidarə proqramı mərkəzi hökumət və yerli özünüidarəetmə orqanlarının nümayəndələrini birləşdirən beş illik təşəbbüsdür.

“Bu gün yerli özünüidarə proqramı çərçivəsində biz Marneuli Bələdiyyəsinin Meriyası ilə USAİD arasında anlaşma memorandumu imzaladıq.

Mən şadam ki, Marneuli USAID-in yerli idarəetmə proqramında seçilmiş 11 bələdiyyədən biridir.

USAID-in Yerli İdarəetmə Proqramı Gürcüstanın mərkəzsizləşdirmə strategiyasının məqsədlərinə nail olmaq üçün vətəndaş cəmiyyəti və özəl sektorla işləmək üçün mərkəzi hökumət və yerli hökumət rəsmilərini bir araya gətirən beşillik təşəbbüsdür.

Əminəm ki, əməkdaşlığımız səmərəli olacaq!”, - deyə Marneuli Bələdiyyəsinin sədri Kənan Ömərov bildirib.

Meriyadan verilən məlumata görə, Marneuli Bələdiyyəsi yaxın 5 ildə USAİD-in qrantı, yerli özünüidarəetmə proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirəcək Gürcüstanın 11 bələdiyyəsi sırasındadır.

“USAID-in Yerli İdarəetmə Proqramı Gürcüstanın mərkəzsizləşdirmə strategiyasının məqsədlərinə nail olmaq üçün vətəndaş cəmiyyəti və özəl sektorla işləmək üçün mərkəzi hökumət və yerli hökumət rəsmilərini bir araya gətirən beş illik təşəbbüsdür.

Sözügedən proqram çərçivəsində Bolnisi və Dmanisi bələdiyyələri ilə də anlaşma memorandumu imzalanıb.

Proqramın ümumi büdcəsi 21 milyon dollardır və onu Tetra Tech ARD həyata keçirir.

Tədbirdə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini Mzia Giorgobiani, USAID-in Gürcüstan bürosunun demokratiya, insan hüquqları və idarəetmə üzrə baş məsləhətçisi Korin Rotblum, müxtəlif təşkilatların nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər