“Vahid Milli Hərəkat” bəyanat yayır
“Vahid Milli Hərəkat”ın yüksək legitimliklə seçilən sədri və seçkilər nəticəsində formalaşan idarəetmə orqanları var".
InterPress.ge xəbər verir ki, bu, “Vahid Milli Hərəkat”ın yaydığı bəyanatda qeyd olunub.
"Onlar yeni partiya yarada və müvafiq olaraq öz siyasətlərini müəyyən edə bilərlər, ancaq Ğaribaşvili, Kobaxidze, "İmedi" televiziyası, "Post tv" və "Gürcü arzusu" ritorikası ilə "Vahid Milli Hərəkat" adı altında partiyamıza hücumlar həyata keçirmələri tamamilə açıqlana bilməz. Onların mesajları “Rus arzusu”nun düşmənçilik təbliğatının güclənməsinə birbaşa kömək edir.
Siyasi ofisin olmasının nəyə xidmət etdiyi başa düşülən deyil, orada toplaşan insanlar “Vahid Milli Hərəkat”ın üzvü olduqlarını iddia edir, eyni zamanda ona hücum edirlər. Partiyanın Tbilisidə bir neçə ofisi var, o cümlədən mərkəzi rayonlarda bizim komanda yoldaşlarımız Rusiya rejiminə qarşı işləyir.
Separatizm cəhdləri partiyanın ən yaxşı mənafelərinə zərər verir. Odur ki, biz hamını birbaşa və yüksək legitim seçkilərin nəticələrini tanımağa və qəbul etməyə çağırırıq. Özümüzü “Vahid Milli Hərəkat”ın üzvü hesab edən hamımız siyasi təşkilatımıza aid məkanlarda bir partiyada fəaliyyət göstərməliyik.
“Gürcü arzusu”nun ritorik xüsusiyyəti ilə anlaşılmazlıq və qeyri-müəyyənlik gətirmək nə partiyanın, nə də dövlətin maraqlarına xidmət etmir”, - deyə bəyanatda vurğulanıb.
Bundan əvvəl mətbuatda Milli Hərəkatın keçmiş sədri Nika Meliyanın partiya nümayəndələri ilə görüşdüyü yeni ofis açması barədə məlumatlar yayılıb.


