14 
Apr
2023
22:12
848

Gürcüstan aviaşirkəti Moskva istiqamətində birbaşa uçuşlar həyata keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Gürcüstan aviaşirkətinin Moskva istiqamətində birbaşa uçuşlar həyata keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Rusiya tərəfi müntəzəm hava hərəkətinin bərpası üçün müraciət etməyib.

“Biz qəti şəkildə bildiririk ki, Gürcüstanla Rusiya arasında birbaşa müntəzəm hava əlaqəsi yoxdur və qeyd olunan vəziyyətin status-kvosu dəyişməyib.

Onu da qeyd etmək istərdik ki, Rusiya tərəfi müntəzəm hava hərəkətinin bərpası üçün müraciət etməyib. Müvafiq olaraq, Gürcüstan aviaşirkətinin Moskvaya birbaşa uçuşlar həyata keçirməsi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil”, - bəyanatda qeyd edilir.

Bizimlə əlaqə saxlayın