Marneulidə geniş iftar süfrəsi açılıb - FOTO
13 aprel tarixində Marneuli Munisipaliteti Özünüidarəetməsi Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
"Ramazan, hər bir müsəlman üçün mənəvi təmizlənmə, bağışlanma və xeyirxahlıq ayıdır. Qoy hər birimizin ruhunda və ailəsində əmin-amanlıq, firavanlıq, xoşbəxtlik hökm sürsün. Bütün müsəlmanları Ramazan ayı və Ramazan Bayramının gəlişi münasibətilə bir daha təbrik etmək istəyirəm" - Marneuli Munisipalitetinin meri Kənan Ömərov deyib.
️İftar süfrəsində - Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzoyev, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini Qiorqi Şingikaşvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Ramin İgidov, Müfti Etibar Eminov, Hacı Əziz Nəbiyev, din xadimləri, Marneuli merinin və Sakrebulo sədrinin müavinləri, yerli özünüidarəetmənin nümayəndələri, diplomatik korpusun üzvləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.


