13 
Apr
2023
13:10
275

Səfir: "Biz Gürcüstan hökuməti ilə çox sıx əməkdaşlıq edirik"

“Biz Gürcüstan hökuməti ilə çox sıx işləyirik. Artıq bir ildir ki, Gürcüstan ərazisindən keçən ticarət axını ilə bağlı məlumatların paylaşılmasına başlanılıb”.

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

“Gömrük Xidməti, Gəlirlər Xidməti, Sərhəd Mühafizəsi Xidməti ilə çox yaxşı əməkdaşlığımız var, təlimlər keçiririk, avadanlıqlarla təmin edirik. Bu əməkdaşlıq indi, Gürcüstanın sərhədlərindən nəyin keçdiyinə nəzarətin çox vacib olduğu bir vaxtda xüsusilə dəyərlidir. Bu kritik zamanda Gürcüstan hökuməti ilə çox yaxşı əməkdaşlığımız var. Gürcüstanın maliyyə naziri ilə sanksiyalar üzrə koordinatorumuz arasında keçirilən görüşdə bu məsələyə xüsusi diqqət yetirildi, çünki Rusiyanın Ukraynadakı amansız müharibəsi fonunda biz Rusiyanın təkcə sanksiyalardan deyil, həm də ixraca nəzarət qaydalarından yayınmağa çalışdığını görürük. Beləliklə, tərəfdaşlığımızın vacib hissəsi Rusiyanın Ukraynaya qarşı müharibə maşını kimi istifadə etdiyi yüklərin daşınmasını dayandırmaq üçün məlumat mübadiləsini davam etdirmək və nəzarəti gücləndirməkdir və bu məsələdə Gürcüstan hakimiyyəti ilə çox yaxşı əməkdaşlıq edirik”, - səfir bildirib.

Bizimlə əlaqə saxlayın