“Mən məhkəməmizlə fəxr edirəm, bütün hakimlərlə fəxr edirəm” - Baş nazir
“Mən məhkəməmizlə fəxr edirəm, bütün hakimlərlə fəxr edirəm”.
InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Ğaribaşvili hakimlərlə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, hökumət məhkəmə sisteminin gücləndirilməsi üçün hər şeyi edəcək.
“Mən məhkəməmizlə fəxr edirəm, bütün hakimlərlə fəxr edirəm, onlar ölkəmizə xidmət edən, ölkəmizin möhkəmlənməsinə xidmət edən, suverenliyimizi, milli siyasətimizi qoruyan yüksək ixtisaslı peşəkarlardır. Buna görə Nino Kadagidzeyə, işinizə görə bütün hakimlərə təşəkkür etmək istəyirəm. Biz, hökumət və mən sizin müstəqilliyinizi, azadlığınızı daha da möhkəmləndirmək üçün hər şeyi edəcəyik. Sizin təşəbbüslərinizə, yeni proqramlarınıza maksimum dəstək göstərəcəyik. Bu gün bizim korrupsiyadan, istənilən müdaxilədən, təzyiqdən azad məhkəməmiz var, bu, əlbəttə ki, komandamızın, Nino Kadagidzenin və hakimlərin əməyidir”, - Ğaribaşvili bildirib.


