07 
Apr
2023
16:33
241

Gürcüstanın Baş naziri: "Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, mühüm strateji tərəfdaşımızdır"

"Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Biz uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik. Bu layihələr bizim xalqları, ölkələri daha da birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq. Əminəm ki, bundan sonra da uzun illər belə olacaq", - Gürcüstanın Baş naziri qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər