Xalq Müdafiəçisi şurası Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı hesabat dərc edib
Xalq Müdafiəçisi şurası keçmiş prezident Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı hesabat dərc edib.
InterPress.ge xəbər verir ki, şuranın nəticəsinə əsasən Mixeil Saakaşvilidə sarkopeniya qeydə alınır, əzələ zəifləməsi, ağır kaxeksiya, 4-cü mərhələ, psixi funksiyaların əhəmiyyətli dərəcədə azalması, depressiya var.
Sənəddə o da qeyd olunub ki, daha da arıqlaması nəticəsində yataq xəstəsi olacaq, zəiflikdən hərəkət edə bilməyəcək.
“Aprelin 2-də Gürcüstanın Xalq Müdafiəçisi tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis/ekspert Mixeil Saakaşvilinin vəziyyətini qiymətləndirmək üçün “Vivamed” klinikasına növbəti dəfə səfər edib.
Xalq müdafiəçisinin mandatı nəzərə alınmaqla, ekspert qrupunun baş çəkmələrinin məqsədi yaradıldığı gündən xəstəyə göstərilən tibbi xidmətlərə nəzarət etməkdir. Qrup xəstənin müalicəsinin birbaşa prosesində iştirak etməyib və etmir. Aprelin 2-də həkimlər xəstəni müayinə ediblər. Təəssüf ki, başçəkmə qeyri-iş gününə təsadüf etdiyinə görə, müalicə edən həkimlə söhbət etmək, tibbi sənədlərlə yerindəcə tanış olmaq mümkün olmayıb. Səfərdə qeyd olunan ekspertlər iştirak ediblər: Tengiz Tsuladze (nevropatoloq), Qiorqi Kaçarava (kardioloq), Qiorqi Qriqoliya (anestezioloq-reanimatoloq) və Aidə Gözəlova (hematoloq, klinik onkoloq, internist, palliativ tibb mütəxəssisi). Səfərdən sonra onlayn müzakirədə Nino Zavraşvili (endokrinoloq), Qiorqi Papiaşvili (kardioloq/aritmoloq) və Qriqoli Xurtsidze də (terapevt, daxili xəstəliklər) iştirak ediblər.
Tibbi ekspertlərin rəyi: xəstənin vəziyyəti: 19 fevraldan sonra ağırlaşma.
Obyektiv araşdırma ilə: ağır sarkopeniya qeydə alınır. Xəstə əhəmiyyətli əzələ itkisi hesabına daha 4 kiloqram arıqlayıb. Zəiflik səbəbindən hərəkət etməsi əhəmiyyətli dərəcədə məhdudlaşır. Ayağa qalxdıqda qan təzyiqinin 120/90-dan 78/40-a qədər kəskin azalması müşahidə olunur ki, bu da tarazlığın itirilməsi və koordinasiyanın nəzərəçarpacaq dərəcədə pozulması ilə müşayiət olunur.
Zehni funksiyaların əhəmiyyətli dərəcədə pozulduğunu, depressiyanı qeyd etmək lazımdır. Təəssürat: 1. Sarkopeniya, əzələ zəifliyi, ağır kaxeksiya, 4-cü mərhələ.
Ortostatik təzyiqin kritik düşməsi.
Proqnoz və risklər: 1. Xəstə aktiv katabolizm fazasına keçib. Daha da arıqlaması nəticəsində yataq xəstəsi olacaq, zəiflikdən hərəkət edə bilməyəcək. Onun üçün kritik çəki 52-53 kiloqramdır, bundan sonra bədəndə geri dönməz dəyişikliklər başlayacaq.
Periferik və vegetativ neyropatiya yenidən özünü göstərir ki, bu da ayağa qalxarkən qan təzyiqinin kritik azalmasına səbəb olur. Sonuncu halda, yara və ya sınığı sağaltmaq üçün kaxeksiyalı bədənin resursu çox aşağıdır ki, bu da yüksək ehtimalla digər kritik ağırlaşmaların (qanaxma, infeksiya, dərin venaların trombozu və s.) ölümcül inkişafına səbəb olacaq.
Mütəxəssislər/ekspertlər qrupunun üzvləri: Qiorqi Qriqoliya, Qriqoli Xurtsidze, Qiorqi Kaçarava, Qiorqi Papiaşvili, Tengiz Tsuladze, Nino Zavraşvili”, - deyə yekunda qeyd olunub.


