KİV- Gürcüstan Prezidenti deputat qadınlardan ibarət siyasi hərəkat yaradır
Salome Zurabişvli qadın deputatlara Avropayönlü partiya yaratmağı təklif edir.
InterPress.ge Tv Pirveli-yə istinadən xəbər verir ki, Prezident Orbeliani sarayında müxalifət partiyasının deputatlarını birbaşa görüşə çağırıb. Zurabişvili deputatlara bildirib ki, indi Avropayönlü hərəkata başlamaq lazımdır. Prezidentlə görüşə Salome Samadaşvili, Ana Naçvlişvili, Xatuna Samnidze və Teona Akubardiya qatılıblar. Prezident Litvadan gəldikdən sonra digər qadın deputatlarla da görüşəcək.
Litvaya səfərindən bir müddət əvvəl Salome Zurabişvili Salome Samadaşvili, Ana Naçvlişvili, Tamar Kordzaia, Xatuna Samnidze və Teona Akubardia ilə görüşüb. Prezident qadın deputatlara deyib ki, əgər onlar “Avropa naminə” adlı hərəkat yaratsalar, o zaman onun dəstəyinə zəmanət veriləcək.
Salome Zurabişvilinin ideyası ətrafında birləşən qadın siyasətçilərin sayı yəqin ki, daha da artacaq. Əldə etdiyimiz məlumata görə, aprelin 8-9-da prezident sarayında böyük toplantı nəzərdə tutulub. Zurabişvili yeni hərəkatda rolunu gördüyü bütün qadın siyasətçiləri dəvət edəcək. Onlar yəqin ki, aprelin 18-də Zurabişvilinin çıxış edəcəyi Avropa Parlamentində prezidentlə birlikdə olacaqlar. Gürcüstan prezidenti gürcü xalqının seçiminin simvolu olaraq əlində Avropa İttifaqının bayrağı olan qadını Avropa Parlamentinə aparmağa hazırlaşır.


