13 
Fev
2020
14:47
864

"Gürcü Arzusu" Avropa Parlamentinə Qiqi Uqulavanın işinin öyrənilməsi üçün Gürcüstana missiyanın göndərilməsini təklif edib

“Gürcü Arzusu” Avropa Parlamentinə “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Qiqi Uqulavanın işinin öyrənilməsi üçün Gürcüstana missiyanın göndərilməsini təklif edir.

İnterPress.ge xəbər verir ki, bu barədə “tvitter” sosial şəbəkəsində “”Gürcü Arzusunun” baş katibi, Tbilisi meri, Kaxa Kaladze yazır. O, partiyanın icra katibi, deputat İrakli Kobaxidze ilə birlikdə Strasburqdadır.

“Əsas siyasi qrupların üzvləri olan avroparlamentarlarına Uqulavanın işi barəsində məlumatın ötürülməsindən başqa, biz onlara Gürcüstana missiyanın göndərilməsini təklif etdik”, – Kaxa Kaladze yazır.

Qeyd edək ki, İrakli Kobaxidze və Kaxa Kaladze Strasburqda Avropa Parlamenti üzvləri ilə görüşlər keçirirlər.

Kakha Kaladze@kakhakala

As stated to the press, in addition to providing MEPs from the main political families with information on Ugulava case, we proposed dispatching MEPs fact finding mission to Georgia to scrutinize/assess the substance&procedural side of this criminal case to ensure full clearity

Mənbə: Birinci Kanal

Bizimlə əlaqə saxlayın