01 
Apr
2023
21:54
232

7-9 mart aksiyası zamanı saxlanılan tələbənin həbsinə qarşı aksiya keçirilir

Polislərin sağlamlığını pozmaqda və dövlət əmlakını dağıtmaqda ittiham olunan Lazare Qriqoriadisə dəstək üçün hökumət administrasiyası qarşısında aksiya keçirilir.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Qriqoriadisin azadlığa buraxılmasını tələb edir və onun həbsinə etiraz edirlər. Aksiyada heç bir çıxış olmayacaq.

Aksiyanın təşkilatçısı Tamar Çerqoleyişvilinin qeyyd etdiyinə görə, xüsusi quraşdırılmış ekranda “Cəzasız cinayət” və “Gürcü və ya rus arzusu” filmləri nümayiş etdiriləcək.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub.

Polis əməkdaşlarının sağlamlığını pozmaqda və dövlət əmlakını məhv etməkdə təqsirləndirilən Lazare Qriqoriadis barəsində həbs qətimkan tədbiri olaraq martın 31-də həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın