31 
Mar
2023
21:15
204

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım tədbiri keçirildi

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşəbbüsü ilə 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım tədbiri keçirildi.

InterPress.ge xəbər verir ki, bu barədə
 Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Facebook səhifəsində qeyd olunub.

Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi  soyqırımdan 105 il ötür. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbirstanlıqlar dağıdılıb.
 
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzninin təşəbbüsü ilə “Mart soyqırımına” həsr olunmuş anım tədbiri tarix müəlliməsi Nərgiz Nəbiyevanın rəhbərliyi ilə həyata keçirildi.

 Tədbiri giriş sözü ilə GAİM-in İcraçı direktoru Murad Muradov açdı və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir iştirakçıları soqırımla bağlı lentə alınmış sənədli və bədii filmlər izlənildi.

 Sonda mərkəzin tarix müəlliməsi Nərgiz Nəbiyevanın moderatorluğu altında bu tarixi hadisə ilə bağlı interaktiv müzakirələr aparıldı.

Bizimlə əlaqə saxlayın