İrakli Kobaxidze prezident haqqında: "Bir tərəfdən namizəd statusunun vacibliyindən danışır, digər tərəfdən isə namizəd statusunun əleyhinə çıxır"
"Prezident Gürcüstanın namizəd statusu ilə bağlı Aİ-də anlaşılmaz açıqlamalar verib".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze prezidentin parlamentdəki çıxışına münasibət bildirib.
“Bu gün anlaşılmaz bəyanatlar eşitdik ki, bu da gözlənilən idi. Başqa gözləntimiz yox idi, ola bilməzdi. Ölkə prezidenti Avropa İttifaqının imtinanın ədalətsiz olduğunu etiraf etməsi fonunda ötən il Gürcüstanın namizəd statusuna layiq olmadığından danışır. Prezident Gürcüstanın bu il namizəd statusuna layiq olmayacağını bəyan edəndə narahatçılıq doğurur. Bu, öz dövlət maraqlarını düşünməli olan şəxsin mövqeyi deyil. Bir tərəfdən namizəd statusunun vacibliyindən danışır, digər tərəfdən isə namizəd statusuna qarşı çıxırsan, bu, anlaşılmaz və radikal ritorikanın davamıdır və yumuşaq desək, narahatedicidir. Çox anlaşılmaz ifadələr eşitdik. Bu, qısa şərhdir, bundan əlavəsi lazım deyil”, - Kobaxidze deyib.


