31 
Mar
2023
11:36
184

İrakli Ğaribaşvili: "12 bəndlik planda 4-cü tövsiyə antikorrupsiya mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur, bu məqsədlə Antikorrupsiya Bürosu yaradıldı"

"Biz assosiasiya, sonra azad ticarət sazişini imzaladıq, vizasız rejim əldə etdik və ötən il ölkəmiz Avropa İttifaqına daxil olmaq üçün rəsmən müraciət etdi”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Korrupsiyaya Qarşı Mübarizə Bürosunun təqdimatında çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, bu, çox mühüm tarixi qərar idi.

“Bu gün sizin qarşınıza çıxmaq mənim üçün böyük şərəfdir. Həqiqətən çox vacib bir gündür. Rajden Kupraşvilidən onun baxışını, hansı xidmətin yaradılmasının lazım olduğu barədə təqdimatını eşidəcəyik. Bundan əvvəl mən cəmiyyətimizə, dostlarımıza ölkəmizin son 10 ildə hansı yoldan keçdiyini bir daha qısaca xatırlatmaq istərdim. Biz assosiasiya sazişini, sonra azad ticarət sazişini imzaladıq, vizasız rejim əldə etdik və ötən il ölkəmiz Avropa İttifaqına daxil olmaq üçün rəsmən müraciət etdi. Bu, təbii ki, çox mühüm tarixi qərar idi. Belə bir tarixi qərar keçən il, iyunun 17-də də qəbul edildi və bununla da Gürcüstana Avropa perspektivi verildi. Bu, gürcü xalqının çoxəsrlik istəklərinin yüksək səslə etirafıdır və eyni zamanda, yeni tarixi dövrün başlanğıcıdır.

Hörmətli dostlar, bilirsiniz ki, ötən il bizə 12 tövsiyə verilmişdi və hökumətimiz dərhal onları həyata keçirməyə başladı. Parlament çox böyük iş görüb, müvafiq işçi qrupları yaradılıb, bütün öhdəliklərin aydın şəkildə yerinə yetirilməsi üçün bizim tərəfimizdən hər şey edilib və edilir. Bu 12 bəndlik planda 4-cü tövsiyə korrupsiyaya qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur və bu məqsədlə Korrupsiyaya Qarşı Mübarizə Bürosu yaradıldı.

Qeyd etmək istərdim ki, Büro yüksək müstəqilliyi ilə seçilir ki, bura maliyyə müstəqilliyi də daxildir. O, yalnız Gürcüstan Parlamenti və Korrupsiyaya Qarşı Mübarizə üzrə İdarələrarası Şura qarşısında cavabdehdir, bu da onlara illik hesabat vermək deməkdir. Büro rəhbəri vəzifəsinə namizədlər dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən müstəqil komissiya tərəfindən seçilib. Büronun rəhbəri cənab Rajden Kupraşvili bu komissiyanın təklif etdiyi namizədlər siyahısından təyin edilib. Sizi bir daha təbrik etmək və uğurlar arzulamaq istəyirəm”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər