29 
Mar
2023
15:25
396

Kaxa Kaladze: Bu gün Gürcüstanın inkişafa, sabitliyə və sülhə ehtiyacı var

“Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Xuloda keçirilən partiya konfransında iştirak edib.

InterPress.ge xəbər verir ki, Kaxa Kaladze partiya təşkilatının üzvlərinə və tərəfdarlarına partiya fəaliyyətinə və ölkədə gedən bütün mühüm proseslərdə iştirakına görə təşəkkür edib.

“İlk növbədə, səyləriniz, əməyiniz və dəstəyinizlə ölkəni gücləndirdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Həmçinin, radikal müxalifət nümayəndələrinin və onların başçılıq etdiyi qrupların sizə göstərdikləri təzyiqləri, təhqirləri sakit və ləyaqətlə qarşıladığınız üçün sizə təşəkkür edirəm. Təbii ki, biz iqtidar partiyasının ictimaiyyət qarşısında daha böyük məsuliyyəti var və müxalifətin planlarının tərkib hissəsi olan xaos və qütbləşmədən qaçmağa borcluyuq. Biz bu gün ölkənin üzləşdiyi çətinlikləri sizinlə birlikdə, əhalinin birliyi və dəstəyi ilə dəf etməliyik.
Bu gün Gürcüstanın inkişafa, sabitliyə, sülhə ehtiyacı var və komandamız bunun üçün hər şeyi edəcək. Nə qədər təzyiq olsa da, ölkədə iğtişaşlara imkan verməyəcəyik. Ciddi problemlərdən biri də işğal olunmuş ərazilərdir. Təbii ki, biz ərazi bütövlüyümüzü bərpa etməliyik, lakin bunu inkişaf, iqtisadi artım və Avropaya inteqrasiya yolu ilə etməliyik”, - deyə Kaxa Kaladze görüşdə bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər