Kobaxidze Mixeil Saakaşvili ilə bağlı: "Standartlara görə, zorla kiməsə yemək vermək mümkün deyil"
"Üçüncü prezidentin özünə zərər vermə prosesində ailəsi də iştirak edir".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Kobaxidze deyib ki, standartlara görə, zorla kiməsə yemək verilə bilməz və dövlətin başqa cür hərəkət etmək üçün resursları yoxdur.
“Özünə zərər verməyə gəlincə, bu, əlbəttə ki, qətiyyən yolverilməzdir və ailənin münasibəti də qəti şəkildə qəbuledilməzdir, Mixeil Saakaşviliyə müvafiq kalorili yemək gətirmək onların məsuliyyətidir, bunu etmirlər, bu, çox üzücü hadisədir və öz ailəsinin Saakaşvilinin özünə zərər verməsi prosesinə cəlb edilməsi görünməmiş bir hadisədir.
Standartlara görə kiməsə zorla yemək yedirmək mümkün deyil, bu, beynəlxalq standartdır, heç kimin məhbusa zorla yemək yedirmək hüququ yoxdur, məhbus Vivamed klinikasının yeməyini istəmir, cəzaçəkmə müəssisəsinin yeməklərini istəmir, yalnız ailəsi tərəfindən çatdırılan yeməkləri qəbul edir və bu qida lazımi kalorili deyil. Təəssüf ki, burada hökumətin başqa cür hərəkət etmək üçün resursları yoxdur, bu, beynəlxalq standartdır”, - Kobaxidze bildirib.
Penitensiar Xidmət hələ də deyir ki, Mixeil Saakaşvili nə həkimlərin göstərişinə əməl edir, nə də dərman qəbul edir.


