"Bizim üçün “Milli Hərəkatın” küçədə və ya parlamentdə olması önəmli deyil" - Kobaxidze
"Bizim üçün “Milli Hərəkatın” küçədə və ya parlamentdə olması önəmli deyil. Onların nə küçə resursları var, nə də parlament".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Milli Hərəkat”ın parlament fəaliyyətinə qayıtması ilə bağlı jurnalistlərin sualını belə cavablandırıb.
Kobaxidzenin qeyd etdiyinə görə, onların qanun layihələrinin müzakirəsinə qarışmaq qabiliyyətləri yoxdur.
“Əslində nəzərə alınacaq iki tövsiyə qaldı, müvafiq qanun layihələri artıq qəbul edilib. Bundan əvvəl tövsiyələrlə bağlı bütün qanun layihələrini elə qəbul etmişdik ki, “Milli Hərəkat” iştirak etmirdi. Son mərhələdə onların iştirakının nə qədər dəyərli olduğunu bilmirəm, baxmayaraq ki, onların küçədə və ya parlamentdə olması bizim üçün vacib əhəmiyyət kəsb etmir. Onların nə küçə, nə də parlament resursları var. Onların parlament resursları yoxdur, ilk növbədə, ona görə ki, onların intellektual imkanları çox məhduddur. Onların qanun layihələrinin müzakirəsinə qarışmaq üçün ibtidai bacarıqları yoxdur və s. Ona görə də onların parlament həyatında təbii olaraq heç bir dəyəri yoxdur. Levan Xabeişvili və Qubaz Sanikidzenin intellektini bilirsiniz, onlar öz intellektləri ilə prosesləri izləmək iqtidarında deyillər”, - deyə İrakli Kobaxidze bildirib.


