29 
Mar
2023
10:23
310

"Gürcüstan hökuməti indi Mixeil Saakaşvilinin həyatını qorumaq üçün tədbirlər görməlidir" - Kerri Kennedi

Robert Kennedi İnsan Haqları Təşkilatının prezidenti, hüquq müdafiəçisi və yazıçı Kerri Kennedi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı növbəti dəfə bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bu barədə o Twitter-də yazıb.

“Mən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun səhhətinin pisləşməsindən dərin narahatam – Gürcüstan hökuməti onun həyatını qorumaq üçün indi addım atmalıdır”, – Kerri Kennedi yazıb.

Məlumat üçün bildirək ki, Kerri Kennedi ilk dəfə deyil ki, Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı narahatlığını bildirib. O, yanvarın 23-də bəyanat yayıb ki, Mixeil Saakaşviliyə müvafiq tibbi xidmətin göstərilməsi üçün tam məsuliyyət “Gürcü Arzusu” hökumətinin üzərinə düşür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər