Ali təhsil müəssisələrində inzibati vəzifəli şəxslərin seçilməsi/təyin edilməsi istiqamətində mövcud yaş məhdudiyyəti ləğv edilir
Dövlətin təsis etdiyi ali təhsil müəssisələrində inzibati vəzifəli şəxslərin seçilməsi/təyin edilməsi istiqamətində mövcud yaş məhdudiyyəti ləğv edilir.
InterPress.ge xəbər verir ki, Parlamentdə başlanan qanunvericilik dəyişiklikləri Konstitusiya Məhkəməsinin “Ali təhsil haqqında” qanunun “65 yaşına çatmış şəxs akademik vəzifəyə seçilə bilməz” maddəsini qüvvədən salan qərarına əsaslanır.
Parlamentdə təşəbbüsü irəli sürülən qanun layihəsinə əsasən, 65 yaşına çatmış şəxsin ali təhsil müəssisələrinin akademik və inzibati vəzifələrinə seçilə və ya təyin oluna bilməyəcəyi nəzərə alınaraq, həmin normalar qanundan çıxarılıb.
Həmçinin “Ali təhsil haqqında” qanundan 65 yaşa çatmağın vaxtından əvvəl işdən azad edilməsi üçün əsas sayılan maddələrin çıxarılması nəzərdə tutulur.
Qanun layihəsi Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb.


