24 
Mar
2023
11:54
340

Xatiya Dekanoidze “Milli Hərəkat”ı tərk etdi

Xatiya Dekanoidze “Milli Hərəkat”ı rəsmən tərk edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərə açıqlama verib və partiyanın köhnə paradiqma ilə idarə olunmasının yanlış olduğunu bildirib.

"Mənim tərəfimdən bu, düzgün qərardır, ağrılı, təbii ki, emosional, lakin düzgün qərardır. Bu məqamda mənim uzun illər keçirdiyim "Milli Hərəkat"la əməkdaşlığım başa çatıb. Köhnə paradiqma ilə partiya idarəçiliyi ümumən əsassızdır və mən hesab edirəm ki, köhnə paradiqma yeni reallıqda tamamilə fərqli olduqda və uzun illər keçdikdə, sadəcə işləməyəcək.

Mən nə parlamentdə, nə də parlamentdən kənarda, əlbəttə ki, siyasi məhbusların hüquqlarını müdafiə etməkdən, onların arasında Mixeil Saakaşvilinin transferi, onun sağ qalması, Nika Qvaramiyanın azadlığı və Gürcüstanın Avropaya inteqrasiyası uğrundan mübarizə aparmaqdən əl çəkməyəcəyəm, əlbətdə ki, bu çox önəmlidir və bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm", - deyə o söyləyib. 

Baçuki Kardavanın da partiyanl tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər