24 
Mar
2023
10:56
202

Xatiya Dekanoidze: “Milli Hərəkatla əməkdaşlıq” başa çatacaq"

Xatiya Dekanoidze bildirib ki, “Milli Hərəkatla əməkdaşlıq” başa çatacaq.

InterPress.ge xəbər verir ki, Dekanoidze müvafiq açıqlamanı “TV Pirveli” telekanalının efirində verib.

O bunun vaxtı ilə bağlı konkret açıqlama verməyib.

“Düşünürəm ki, bu əməkdaşlıq bitəcək. Mən sizə vaxtı və anı deyə bilmərəm”, - deyə o bildirib. 

Dekanodzenin sözlərinə görə, o, siyasətdə qalacaq.

“Mən siyasətdən getməyə hazırlaşmıram. Belə bir qərar, rəsmi olaraq qəbul edildikdə, o demək deyil ki, mən Mişa [Mixeil Saakaşvili] və ya Nika [Nika Gvaramia] üçün hamıdan az şey edə bilərəm”, - Dekanoidze bəyan edib.

Bizimlə əlaqə saxlayın