24 
Mar
2023
10:45
185

Bu gün parlament binasına girişlə bağlı məhdud rejim qüvvədə olacaq

Gürcüstan parlamenti sədrinin “Parlament sarayında və onun ətraf ərazilərində təhlükəsizlik mühafizəsi rejimi haqqında”  30 dekabr 2016-cı il tarixli 259/3 nömrəli sərəncamı ilə müəyyən edilmiş reqlamentə uyğun olaraq, bu gün, martın 24-də Parlament binasına giriş üçün məhdud rejim qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, məhdudiyyət akkreditasiyadan keçmiş jurnalistlərə şamil edilməyəcək.

"Sözügedən tədbirin keçirilməsində məqsəd Gürcüstan parlamentinin üzvlərinin və aparat əməkdaşlarının təhlükəsizliyini qorumaq və iş şəraitini təmin etməkdir", - parlamentin mətbuat xidməti bildirib.

Bizimlə əlaqə saxlayın