İrakli Kobaxidze: "Məhbus Saakaşvili özünə xəsarət yetirdiyinə görə məsuliyyət daşıyır"
"Məhkumun özü özünə zərər verdiyinə görə məsuliyyət daşıyır - bu, bütün dünyada, istənilən penitensiar sistemdə belədir və buna görə də bizdə, Gürcüstanda da eyni vəziyyət var".
InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri, “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze məhkum eks-prezident Mixeil Saakaşvilinin müalicəsinə dair sualı cavablandırarkən deyib.
“Dövlət strukturları digər məhbuslar kimi qayğıya cavabdehdir. Bu ümumi şəkildir. Həmçinin, bu halda məhbusun ailəsi məhbusa uyğun olmayan kalorili qida gətirdiyinə görə məsuliyyət daşıyır. Bu, eşidilməyən hadisədir. Cəmiyyət və beynəlxalq tərəfdaşlar buna diqqət yetirməlidirlər: niyə özünə zərər verir və nə üçün ailə bu işə qarışır, görünməmiş bir şey edir”, - Kobaxidze deyib.
"Vivamedi" klinikası Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı bəyanat yayıb, xəstənin yalnız simptomatik müalicə aldığı izah edib, sabiq prezidnetin tibb işçilərinə inamsızlıq ifadə etdiyini və təklif olunan müalicə sxemindən imtina etdiyini qeyd edib.


