Rusiya Dumasının deputatı: "Rusiya və Gürcüstan vizaları ləğv etmək ərəfəsindədirlər"
Rusiya Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun qeyd etdiyinə görə, bu gün Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları ləğv etmək ərəfəsindədirlər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Tas” Dövlət İnformasiya Agentliyi yayıb.
“Mən bir çox yüksək vəzifəli şəxslərlə, o cümlədən toxunduğumuz məsələ ilə bağlı danışmışam. Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları ləğv etmək ərəfəsindədirlər”, - Kalaşnikov “Rusiya və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri” adlı iqtisadi forumda deyib.
Kalaşnikovun sözlərinə görə, bu qərarların nə vaxt və hansı ardıcıllıqla veriləcəyini söyləmək onun üçün çətindir.


