18 
Mar
2023
21:17
271

Prokurorluq bir nəfəri məmura rüşvət verməkdə ittiham edib

Gürcüstan Prokurorluğu bir nəfəri məmura rüşvət verməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Gürcüstan Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs martın 17-də hüquq əldə etmək üçün praktiki sınaqdan keçməkdə köməklik göstərmək müqabilində həmin qurumun əməkdaşına rüşvət şəklində pul verib. 

“Agentlik əməkdaşı qeyd olunan faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün yaxalayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin birinci hissəsi (vəzifəli şəxsə rüşvət vermə) ilə ittiham olunub və bu, üç ilədək həbs cəzası nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - deyə qurumun yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın