17 
Mar
2023
23:48
215

Cozef Borel: "Putinin həbsi üçün order Rusiyanın məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır"

 Putinin həbsi üçün order Rusiyanın məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.

InterPress.ge xəbər verir ki, bu barədə
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrel bildirib.

“İndicə eşitdim ki, Beynəlxalq Cinayət Məhkəməsi prezident Putinin hərbi cinayətlərə - uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyasına və çıxarılmasına görə həbs qərarı verib. Beynəlxalq Cinayət Məhkəməsi bəyan edib ki, Putinin bu cinayətlərə görə şəxsi məsuliyyət daşıdığını düşünmək üçün kifayət qədər əsaslar var”, - Borel bildirib.

O qeyd edib ki, cinayətlərin ağırlığı və Haaqa Məhkəməsinin bəyanatları “hər şeyi deyir”.

“Bu, Ukrayna xalqı üçün beynəlxalq hüququn mühüm qərarıdır. Avropa İttifaqı həmişə mövqeyi bu olub ki, Ukraynaya qarşı qeyri-qanuni, əsassız müharibənin başlanmasına görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. Bu, Rusiya və onun rəhbərlərinin Ukraynada törətdikləri cinayətlərə və vəhşiliklərə görə məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır”, - Aİ-nin ali nümayəndəsi bildirib.

Bizimlə əlaqə saxlayın