16 
Mar
2023
21:07
137

Böyük Britaniya Gürcüstana maliyyə dəstəyini artırır

Böyük Britaniya Gürcüstan və Moldovaya Rusiyanın bədxah fəaliyyətlərinə qarşı dayanıqlılığı gücləndirmək üçün maliyyə dəstəyi verəcək.

InterPress.ge xəbər verir ki, Böyük Britaniya hökumətinin mətbuat xidməti xarici işlər naziri Ceyms Kleverlinin martın 16-17-də Moldova və Gürcüstana planlaşdırılan səfərləri ilə bağlı məlumat yayıb.

“Böyük Britaniya Moldova və Gürcüstana maliyyə dəstəyini artırır, çünki onlar Putinin Ukraynaya müdaxiləsi nəticəsində yaranmış sabitliyin pozulmasından əziyyət çəkməkdə davam edirlər”, - bəyanatda deyilir.

Böyük Britaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Moldova və Gürcüstana səfərləri zamanı Kleverli Moldovada iqtisadi və idarəetmə islahatlarını dəstəkləmək üçün əlavə 10 milyon funt-sterlinq yardım elan edəcək. Gürcüstan üçün gələn il keçiriləcək seçkilərin təhlükəsizliyini gücləndirmək üçün - 500 min funt sterlinq ayrılacaq.

“Gürcüstanda Kleverli Britaniya yardımının, o cümlədən müdafiə və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın Rusiyanın təxribatçı müdaxilələrinə qarşı necə kömək etdiyini görəcək.

Böyük Britaniya həmçinin 2024-cü ildə azad və ədalətli seçkilər üçün mühit yaratmaq və onları kənar müdaxilələrdən qorumaq məqsədi daşıyan Gürcüstanda demokratiyanı gücləndirmək üçün 500 min funt sterlinq ayıracaq”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın