16 
Mar
2023
11:32
133

Andrius Kubilius: "Görürük ki, gürcü xalqının həqiqətən də Avropa İttifaqına daxil olmaq arzusu var, təəssüf ki, hökumət əsas maneəyə çevrilir"

“Biz “Xarici agentlər” qanunu ilə bağlı siyasi təxribatları gördük və hesab edirəm ki, daha çox təxribatlar olacaq və avropapərəst müxalifət gürcü xalqının Avropa İttifaqına qoşulması ilə bağlı maraqlarını qoruya biləcək alternativdir”.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Andrius Kubilius Strasburqda gürcü müxalif siyasətçiləri ilə görüşdən sonra məlumat verib.

Onun sözlərinə görə, gürcü xalqının Avropa İttifaqına daxil olmaq istəyi həqiqətən güclüdür, “təəssüf ki, hökumət əsas maneəyə çevrilir”.

“Həqiqətən yaxşı görüş oldu, bildiyiniz kimi, Gürcüstanın müxalifət partiyalarının nümayəndələri bura gəldilər. Biz şübhəsiz ki, onlardan vəziyyəti necə qiymətləndirdiklərini və növbəti addımlarının və planlarının nədən ibarət olduğunu soruşduq, gördüyümüz kimi, gürcü xalqının həqiqətən də Avropa İttifaqına daxil olmaq istəyi çox güclüdür, təəssüf ki, hökumət inteqrasiya yolunda əsas maneəyə çevrilir. Biz “Xarici agentlər” qanunu ilə bağlı siyasi təxribatları gördük və hesab edirəm ki, daha çox təxribatlar olacaq və avropapərəst müxalifət gürcü xalqının Avropa İttifaqına qoşulması ilə bağlı maraqlarını qoruya biləcək alternativdir. Bunu necə edəcəklər, gələn ilki seçkilərdən nə çıxacaq və sair - bütün bu məsələləri müzakirə etdik. Bizim marağımız gürcü xalqına Avropaya inteqrasiya ilə bağlı məqsədə nail olmaqda kömək etməkdir və buna görə də biz gürcü müxalifətinin Avropa İttifaqına alternativ, real yol təklif edə biləcəyini görməkdə çox maraqlıyıq", - Avropa Parlamentinin deputatı bildirib.

Qeyd edək ki, dörd müxalifət partiyasının - “Ağmaşenebeli Strategiyası”, “Milli Hərəkat”“Droa”, “Qirçi – Daha çox Azadlıq” partiyalarının nümayəndələri Strasburqda müxtəlif siyasi qrupların nümayəndələri ilə Gürcüstanın Avropaya inteqrasiyası məsələsi ilə bağlı görüş keçiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər