15 
Mar
2023
16:22
258

Aİ: "Zelenskinin təklif etdiyi sülh düsturunu dəstəkləyirik”

Biz Volodimir Zelenskinin təklif etdiyi 10 maddəlik sülh düsturunu dəstəkləyirik”.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

O, Zelenskinin təklifinin ədalətli olduğunu bildirib: “Bu təklif BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur. Biz beynəlxalq ictimaiyyətin bu ideya ətrafında birləşməsinə çalışırıq”.

Ş.Mişel vurğulayıb ki, məğlubiyyət Ukrayna üçün seçim deyil: “Biz ədalətli sülh üçün Ukraynanı dəstəkləməkdə davam edəcəyik. Aİ Ukraynaya lazımi dəstəyi göstərməlidir. Rusiya sülh üçün müharibəni dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Təəssüf ki, biz Kremlin bunda maraqlı olduğunu görmürük. Buna baxmayaraq, biz sülh uğrunda mübarizəni davam etdiririk”.

Bizimlə əlaqə saxlayın