14 
Mar
2023
21:11
370

Qiorqi Qaxaria: "Gürcü Arzusu Aİ bayrağını yandırmağı təşkil etməklə Aİ-nin nümayəndə heyətinə mesaj göndərdi"

 “Gürcü arzusu” Aİ bayrağının yandırılmasını təşkil edib və bununla da Aİ-nin Gürcüstandakı nümayəndə heyətinə mesaj göndərib.

InterPress.ge xəbər verir ki, bu barədə
“Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya qeyd edib.

Qaxariyanın sosial şəbəkədə yazdığına görə, Avropa İttifaqı Gürcüstan vətəndaşlarının səsii dinləməlidir.

Qərbyönlü etirazın ardınca “Gürcü Arzusu” Aİ bayrağının yandırılmasını təşkil edib, bununla da Aİ-nin Gürcüstandakı nümayəndəliyinə “mesaj” göndərib. Gürcüstanın Avropa gələcəyini heç kim əlindən ala bilməz! Avropa İttifaqı Gürcüstan vətəndaşlarının səsinə qulaq asmalıdır!", - Giorgi Qaxaria bildirib.

Xatırladırıq ki, “Alt-İnfo”nun nümayəndələri parlamentin qarşısında aksiya keçirərək, Avropa İttifaqının bayrağını endirərək yandırıblar. Daha sonra Gürcüstanın qanunverici orqanında yenidən Avropa İttifaqının bayrağı patrul polisi əməkdaşları tərəfindən qaldırılıb.

Bizimlə əlaqə saxlayın