14 
Mar
2023
12:21
331

"Siyasi məhbuslar arasında Mixeil Saakaşvilinin adının çəkilməsi Avropa Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir" - İrakli Kobaxidze

"Yalana əsaslanan bəyanatların heç bir qiyməti yoxdur. Mixeil Sakaşvili məhbusdur, ən ağır cinayətlərə görə cəzaya məhkum edilib. Qanunun aliliyi sona qədər qorumalı olduğumuz şeydir. Biz Avropa Birliyinə ancaq ləyaqətlə daxil olmalıyıq. Ləyaqətdən əl çəksək, nə Avropa Birliyi, nə də dövlətimiz olacaq".

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bu gün Avropa Parlamentinin Mixeil Saakaşvilinin işini yenidən müzakirə edəcəyini necə qiymətləndirməsi ilə bağlı sualı belə cavablandırıb.

Onun sözlərinə görə, siyasi məhbuslar arasında Mixeil Saakaşvilinin adının çəkilməsi Avropa Parlamentinin korrupsiya problemlərindən xəbər verir.

“Bizim üçün bu fakt, əlbəttə ki, son dərəcə qəbuledilməzdir. Mixeil Saakaşvili konkret ağır cinayətlərə görə məhkum olunmuş məhbusdur. Bunlar ən ağır cinayətlərdir və onun siyasi məhbuslar arasında qeyd olunması təəssüf ki, Avropa Parlamentində mövcud olan korrupsiya problemlərindən xəbər verir. Ümid edirəm ki, Avropa Parlamenti yaxın gələcəkdə belə problemlərin öhdəsindən gələcək”, - Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, bu gün Strasburqda Avropa Parlamentində Mixeil Saakaşvili ilə bağlı müzakirələr aparılacaq. Siyasi məhbuslarla bağlı dinləmə yerli vaxtla saat 16:30-17:00-a təyin edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər