14 
Mar
2023
12:12
340

"Gürcü arzusu"nda kadr dəyişikliyi planlaşdırılır? - Açıqlama

“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze hakim partiyada və Nazirlər Kabinetində mümkün kadr dəyişikliyi ilə bağlı yayılan məlumatı təsdiqləməyib.

InterPress.ge xəbər verir ki, o, bu barədə partiya ofisində keçirdiyi mətbuat konfransında qeyd edib.

Kobaxidze bəyan edib ki, qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

“Komandada hər şey çox yaxşıdır. Komanda daxilində, komanda çərçivəsində hər hansı kadr hərəkəti olarsa, məlumatı sizinlə paylaşacağıq. Hökumətə gəlincə, bununla bağlı heç bir qərarı təsdiqləyə bilmərəm. Bu, baş nazirin müstəsna səlahiyyətindədir. Komandada hər hansı bir hərəkət olarsa, istər parlament, istər hökumət, istərsə də hər hansı digər struktur, lazım gələndə biz müvafiq məlumatları ictimaiyyətlə paylaşacağıq”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın