14 
Mar
2023
12:04
194

"Biz Avropaya doğru ləyaqətlə irəliləyirik!" - Kobaxidze

"Biz Avropaya doğru ləyaqətlə irəliləyirik! Biz dərindən inanırıq ki, Avropa İttifaqına üzvlük ləyaqət və müstəqillikdən imtina, köləlik və bir ayaq üzərində dayanmaq hesabına deyil, yalnız ləyaqət və müstəqilliyi qorumaqla mümkündür”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirdiyi brifinqdə məlumat verib.

“Bu gün Gürcüstanda Rusiyanın hərbi-siyasi müdaxiləsi və Ukrayna üçün ağır nəticələr gətirəcək ikinci cəbhə ssenarisinin həyata keçirilməyəcəyinə zəmanət verən məhz “Gürcü arzusu” hakimiyyətidir. Biz Gürcüstanın sülhü qoruyub saxlamasına və ölkəmiz üçün əsl Avropa gələcəyini təmin etmək üçün sürətli iqtisadi artımı davam etdirməsinə cavabdehik”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın