13 
Mar
2023
19:07
672

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzinə yeni icraçı direktor təyin edildi

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) yeni icraçı direktor təyin olunub.

İnterpress.ge xəbər verir ki, Murad Muradov sözügedən mərkəzdə fəaliyyətini icraçı direktor olaraq davam etdirəcək.

GAİM-də keçirilən görüşdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev mərkəzin keçmiş direktoru Orxan Pirverdiyevə göstərdiyi fəaliyyətə görə diasporla iş üzrə dövlət komitəsinin sədrinin Fuad Muradovun təşəkkürnaməsini çatdıraraq gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər