12 
Mar
2023
21:05
524

Baş nazir: "Merabişvili təsdiqlədi ki, onların məqsədi hökuməti devirmək, hakimiyyəti dəyişmək və müharibəyə başlamaqdır"

 "Keçmiş daxili işlər naziri etiraf edib ki, onların məqsədi Rusiyaya qarşı müharibə aparmaqdır."

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib.

Baş nazirin sözlərinə görə, Vano Merabişvili təsdiqləyib ki, onların vəzifəsi çevriliş etmək və müharibəyə başlamaqdır.

“Merabişvili təsdiqlədi ki, onların vəzifəsi, məqsədi hökuməti devirmək, hakimiyyəti dəyişmək və müharibəyə başlamaqdır. Adam etiraf etdi ki, onların məqsədi Rusiyaya qarşı müharibə aparmaq, yəni ikinci cəbhə açmaqdır ki, biz bunu Saakaşvilinin göndərilməsindən başlayıb bütün bu təxribatlar, eləcədə bizim qaçdığımız çoxsaylı təxribatlara və bir neçə gün öncəki hərəkətlərə qədər bir ildir cəmiyyətimizə, xalqımıza deyirik”,-Qaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər