10 
Mar
2023
16:20
344

"ABŞ-ın Gürcüstan və Moldovada baş verən hadisələrə fərqli reaksiyası yalnız təbəssüm yaradır” - Lavrov

"Amerika Birləşmiş Ştatlarının Gürcüstan və Moldovada baş verən hadisələrə fərqli reaksiyası yalnız təbəssüm yaradır”.

InterPress.ge xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 “Vətəndaş cəmiyyətinə (Gürcüstanda) bu cür münasibətin yolverilməzliyini pafoslu tonda bəyan edən Qərbin, eyni Dövlət Departamentinin mövqeyi təbəssüm yaradır. Gürcüstanda müxalifət nəinki istədiyini edə bilir, etməyə borcludur, Moldovada isə indiki hakimiyyətə etirazlar pislənir, çünki Gürcüstanda müxalifət Qərbin maraqlarını, Moldovada müxalifət isə başqa maraqları əks etdirir, hökumət və prezident isə Qərbin maraqlarını əks etdirir. Onlara münasibət kökündən fərqlidir”, - Lavrov bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər