09 
Mar
2023
23:24
324

Sabah Parlament binasına giriş üçün məhdud rejim tətbiq ediləcək

Martın 10-da parlament binasına giriş üçün məhdud rejim qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstan parlamentinin ofisi məlumat yayıb.

Bəyanatda bildirilir ki, sözügedən iclasın keçirilməsində məqsəd Gürcüstan parlamentinin üzvlərinin, ofis əməkdaşlarının və parlamentdə olan digər şəxslərin təhlükəsizliyini qorumaq və iş şəraitini təmin etməkdir.

Gürcüstan parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli 259/3 nömrəli “Gürcüstan parlamentinin binasında və ətraf ərazilərdə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş reqlamentə uyğun olaraq, giriş-çıxış üçün məhdud rejim tətbiq olunacaq."

Martın 10-da saat 11:45-də Gürcüstan parlamenti Bürosunun iclası, saat 12:00-da isə plenar iclası keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər