"Gürcüstan Avropadır - Aİ-yə namizəd statusu almaq mütləqdir" - Qaxariya
"Gəlin, təşəkkürlə başlayaq! Gənclərə təşəkkürlər!".
InterPress.ge xəbər verir ki, sosial şəbəkədə “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxariya “Gürcü Arzusu” və “Xalqın gücü”nün qanun layihəsi ilə bağlı qərarına belə münasibət bildirib.
Qaxariya qeyd edib ki, bu, son qələbə deyil, qələbənin başlanğıcıdır.
“Gürcüstanın Avropa gələcəyi üçün mübarizə aparan bütün insanlara təşəkkür edirəm! Gürcü xalqının Avropa seçiminə sarsılmaz dəstəyə görə bütün xarici dostlarımıza, ABŞ-a, Avropa İttifaqına təşəkkür edirik! Bu, son qələbə deyil. Bu qələbənin başlanğıcıdır. Gürcüstanın yeri Avropadadır!
Gürcüstan Avropadır - Avropa İttifaqına namizəd statusu alması mütləqdir - güc indi Avropadadır!” - Qiorqi Qaxariya yazıb.


