09 
Mar
2023
10:38
322

Xüsusi təyinatlılar parlament ərazisini tərk ediblər

Xüsusi təyinatlılar parlamentin ətrafındakı ərazini tərk ediblər. 

InterPress.ge xəbər verir ki, hazırda orada sakitlikdir.

Polis hələ də Rustaveli prospektindədir. Bütün ərazidə təmizlik işləri aparılır.

Xatırladaq ki, Tbilisidə vətəndaşlar martın 7-də parlamentdə dəstəklənən xarici agentlər haqqında qanun layihəsinin etiraz ediblər.

Martın 8-də Rustaveli prospektində keçirilən mitinqdə vəziyyət “Ağmaşenebeli Strategiyası”nın lideri Qiorqi Vaşadzenin parlament binasını mühasirəyə almaq qərarını səsləndirməsindən sonra gərginləşib.

Xüsusi təyinatlılar ötən gün olduğu kimi etirazçılara qarşı bir neçə dəfə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Polis nümayişçiləri saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 7-8-də Rustavelidə ümumilikdə 133 nəfər saxlanılıb, onlardan biri cinayət törətməkdə təqsirləndirilir.
 

Bizimlə əlaqə saxlayın