İrakli Kobaxidze: "Maydan”la müqayisəyə gəlincə, gürcü Yanukoviç həbsdədir və onun adı Mixeil Saakaşvilidir"
“Maydan”la müqayisəyə gəlincə, ilk növbədə onu deyim ki, gürcü Yanukoviç həbsdədir və onun adı Mixeil Saakaşvilidir".
InterPress.ge xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə Viola fon Kramonun bəyanatına cavab verərkən deyib.
“Maydan” Ukraynaya nə gətirdi? İkinci ildə Ukrayna müharibə etdi, bu müddət ərzində Krımı, Luqansk və Donetskin böyük bir hissəsini itirdilər, bütün bunların davamı, təəssüf ki, bu gün bu ölkədə gedən müharibədir. Ümumilikdə Ukrayna ölkə ərazisinin 20%-ni itirib – bu, radikalların Gürcüstanda arzuladığı proseslərin nəticəsidir və bu, Viola fon Kramon tərəfindən dəstəklənir. Biz radikalların gündəliyi ilə deyil, gürcü cəmiyyətinin maraqlarına uyğun hərəkət edəcəyik”, - Kobaxidze bildirib.
Avropa parlamentarisi Viola fon Kramon Tbilisidə parlamentin qarşısında keçirilən aksiyaya cavab verib və bildirib ki, Tbilisidə baş verən hadisələr ona 2013-2014-cü illərdə Ukraynadakı “Maydan”ı xatırladır.


