07 
Mar
2023
22:23
260

DİN- Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası və avadanlıqları zədələnib

Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası və avadanlıqları zədələnib. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin açıqlamasında bildirilir ki, Daxili İşlər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, aksiya iştirakçıları polisin göstərişlərinə tabe olmayaraq zorakılıq hərəkətlərini davam etdiriblər, bundan sonra polis qanunla onlara verilmiş səlahiyyətlər daxilində mütənasib qüvvə və xüsusi vasitələrdən istifadə etmişdir.

“Tbilisinin Rustaveli prospektində, parlament binasının yaxınlığında keçirilən aksiya iştirakçılarının etirazı ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunun müəyyən etdiyi çərçivədən kənara çıxıb və zorakılıq xarakteri alıb.

Bütün gün ərzində parlament binası qarşısında polis səfərbər olub və aksiyanın dinc keçirilməsini təmin edib.

Axşam saatlarında plenar iclas başa çatdıqdan sonra aksiya iştirakçıları polisin onlara icazə vermədiyi Parlamentin girişlərindən birini bağlamağa cəhd ediblər. Eyni zamanda, nazirliyin əməkdaşlarına qarşı zorakılıq, o cümlədən asayiş keşikçiləri istiqamətində müxtəlif əşyaların atılması halları baş verib.

Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası və avadanlıqları zədələnib.

Daxili İşlər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, aksiya iştirakçıları polisin göstərişinə tabe olmayaraq zorakılıq hərəkətlərini davam etdirmiş, bundan sonra polis qanunla onlara verilmiş səlahiyyətlər çərçivəsində proporsional güc və xüsusi vasitələrdən istifadə etmişlər. .

Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh qurum kimi bir daha bütün vətəndaşları, aksiyanın təşkilatçılarını və iştirakçılarını asayişi qorumağa, polisin qanuni tələblərinə tabe olmağa çağırır. Aksiya zamanı hər hansı qanun pozuntusu faktına polis tərəfindən dərhal reaksiya veriləcək və qanun çərçivəsində dərhal qarşısı alınacaq”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər