Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına müraciət edir
Mitinqin təşkilatçılarını və siyasi liderlərini zorakılıq çağırışlarına yol verməməyə və mitinqin zorakılıq xarakteri daşımamasını təmin etməyə çağırırıq”.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin davam edən mitinqə cavab olaraq yaydığı məlumatında deyilir.
Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qanun layihəsinə baxılması ilə paralel olaraq Tbilisidə davam edən aksiya ilə əlaqədar parlament binasının yaxınlığında səfərbər olunur və ictimai asayişi qoruyurlar.
“Daxili İşlər Nazirliyi qanunun, asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına cavabdeh olan qurum kimi aksiyanın bütün iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa, tələblərə əməl etməyə çağırır.
Eyni zamanda, mitinqin təşkilatçılarını və siyasi liderlərini zorakılıq çağırışlarına yol verməməyə və mitinqin zorakılığa çevrilməməsini təmin etməyə çağırırıq.
Aksiya zamanı istənilən qanun pozuntusunun qarşısı qanun çərçivəsində polis tərəfindən dərhal alınacaq”, - deyə məlumatda bildirilir.


