Parlamentin “Vətəndaşlar” siyasi qrupu Gürcüstanın xalq müdafiəçisi vəzifəsinə Levan İoselianinin namizədliyini irəli sürüb.
InterPress.ge xəbər verir ki, Levan İoseliani martın 6-da İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında dinlənilib.
Büronun bu gün keçirilən iclasında qeyd edilib ki, plenar iclasda xalq müdafiəçisinin namizədliyi səsə qoyulacaq.
Xalq müdafiəçisi parlament tərəfindən 6 il müddətinə seçilir.
