06 
Mar
2023
23:23
268

Arçil Talakvadze: "Bizim dostluğumuz güclü və uğurlu siyasi iqtisadi əlaqələri əhatə edir"

Parlament sədrinin müavini, Azərbaycan Respublikası parlamenti ilə dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycan Milli Məclisinin Xarici və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər əlaqələrin daha da inkişafına və parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcək ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə ediblər.

“Bizim dostluğumuz güclü və uğurlu siyasi iqtisadi əlaqələri əhatə edir. Bizim regionda sülhün və rifahın yaxşılaşdırılması üçün ümumi məqsədlərimiz var və bilirsiniz ki, Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi altında Gürcüstan da sülhün möhkəmləndirilməsi, dialoqun təşviqi üçün hər şeyi edir və buna region ölkələrinin qarşılıqlı etimadı da daxildir”, - deyə Arçil Talakvadze görüşdən sonra bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər